“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox oynayan komandalar siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu cari mövsümdə də qrupa vəsiqə qazanmaqla 6-cı dəfə bunu bacarıb.
İlk belə uğuru 2014/15 mövsümündə gerçəkləşən ağdamlılar sonrakı iki ildə də bunu təkrarlayıb. 2017/18 mövsümündə digər – daha nüfuzlu Çempionlar Liqasında qrup həyəcanı yaşayan “Qarabağ” sonrakı üç ildə yenidən Avropa Liqasının əsas mərhələsində oynayıb.
2009/10 mövsümündən indiki formatda keçirilən yarışda ən çox qrupa düşən 25 klubdan biri “Qarabağ”dır. “Tottenhem” (İngiltərə), “Braqa” (Portuqaliya), “Dinamo” (Z, Xorvatiya), “Atletik” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Brügge”, “Anderlext” (hər ikisi Belçika), “Rusenborq” (Norveç) və “Partizan” (Serbiya) da eyni göstəriciyə malikdir.
Qurban Qurbanovun yetirmələri yalnız 15 komandadan geri qalır. Təmsilçimiz bu göstəricidə 16-cı yerə şərikdir.
Rekord 5 kluba məxsusdur. “Latsio” (İtaliya) və “Zalsburq” (Avstriya) cari mövsümədək 8 dəfə bunu bacarmışdısa, “Vilyarreal” (İspaniya), PSV (Niderland), “Rapid” (Avstriya) bu il rekordu təkrarlayıb.
10 komanda isə 7 dəfə qrupda oynayıb. Bunlar “Alkmaar” (Niderland), “Standard” (Belçika), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Seltik” (Şotlandiya), “Sportinq” (Portuqaliya), “Dinamo” (K, Ukrayna), “Styaua” (Rumıniya) və “Kopenhagen”in (Danimarka) tarixində Avropa Liqasının 7 qrup mərhələsi var.
Düzdür, bəzi komandalar sonradan Çempionlar Liqasının qrup 3-cüsü kimi Avropa Liqasına da gəlib. Bunun sayəsində “Zalsburq”, “Ayaks” və “Sportinq” 9 dəfə ikinci dərəcəli klub turnirində oynayıb. Lakin onlar heç də həmişə Avropa Liqasına qrup həyəcanı yaşamayıb.

“Qarabağ” Avropa Liqasının qrupunda ən çox oynayan komandalar SİYAHISINDA
Oxşar yazılar

Madrid derbisində HEÇ-HEÇƏ
9 fevral 2025 , 02:07
"Real" qalib gələ bilməyəndə hakimlərdən şikayət edir" - Pike
8 fevral 2025 , 15:01
"Real" "Arsenal"ın əsas ulduzunu almaq istəyir - Ən bahalı transfer olacaq
8 fevral 2025 , 09:42
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
7 fevral 2025 , 22:57
Türkiyə Super Liqası Avropada liderdir: Baş məşqçi qovulmasına görə
7 fevral 2025 , 19:26“Formula 1”in ən çox qazanan 10 sürücüsü – SİYAHI
7 fevral 2025 , 18:25
Haaland bir şərtlə “Mançester Siti”dən ayrıla biləcək
7 fevral 2025 , 17:18