“Neftçi”yə gəlmədi, “Levski”də qaldı
09 oktyabr 2020 10:29 (UTC +04:00)

“Neftçi”yə gəlmədi, “Levski”də qaldı

Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynov “Neftçi”dən təklif alıb.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Neftçi” ilə yanaşı, İsrail klubu “Hapoel”in (Ramat-Qan) də maraq dairəsinə düşən 28 yaşlı orta sahə oyunçusu ölkəsində qalmaq qərarına gəlib. “Levski” ilə müqavilə müddəti yayda başa çatan futbolçu elə Sofiya təmsilçisində də qalacaq. 

Raynov legioner həyatı yaşamaq istədiyindən, klubu ilə danışıqları dondurmuşdu. Ancaq “Neftçi” və “Hapoel”in təklifi ürəyincə olmayan Raynov “Levski” ilə mövsümün sonuna qədər sözləşmə imzalamağa razılıq verib.

Qeyd edək ki, Martin Raynov “Levski”yə ötən ilin əvvəlində “Beroe”dən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195
avatar

Oxşar yazılar