“Formula-1”in daha iki mərhələsi təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, Avstraliyadan sonra mövsümün II və III mərhələsi olan Bəhreyn və Vyetnam Qran-prilərinin də koronavirus epidemiyası səbəbindən təxirə salındığı açıqlanıb.
Bundan başqa, Niderland, İspaniya və Monako Qran-prilərinin də keçirilməməsi, mövsümə 5-7 iyun tarixində Azərbaycan Qran-prisi ilə start verilməsi gözlənilir.