“Çoxları bunu bacarmayıb” – Essyendən Azərbaycana təşəkkür
14 oktyabr 2020 10:24 (UTC +04:00)

“Çoxları bunu bacarmayıb” – Essyendən Azərbaycana təşəkkür

“Futbol oynamaq üçün darıxıram. Amma hamımız yaxşı bilirik ki, ömür boyu oynaya bilməzsən”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in keçmiş yarımmüdafiəçisi Maykl Essyen deyib.

Hazırda Danimarkada məşqçi kimi fəaliyyət göstərən qanalı ulduz futbolçu heyətində məşhurlaşdığı İngiltərənin “Çelsi” klubunun rəsmi saytına müsahibə verib.

38 yaşlı məşqçi futbolçu karyerasından razılıqla danışıb: “Elə bir an gəlir ki, dəyişməli və fərqli şeylər etməlisən. Əlbəttə ki, darıxacağam, amma yenə bu sahədə olacağam. Son 20 ildə bir çox klublarda oynamaq fürsəti əldə etdiyim üçün həmin ölkələrə minnətdaram. Fransa, İspaniya, İtaliya, Yunanıstan, İndoneziya və Azərbaycanda çıxış etdim. Dünyanı gəzərək futbol oynadığım üçün xoşbəxtəm. Halbuki çoxları bunu bacarmayıb. Futbolun apardığı hər səyahətdən zövq aldım”.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından bu ilin yayına qədər “Səbail”də çıxış edib. O, karyerası ərzində “Bastiya”, “Lion”, “Çelsi”, “Real”, “Milan”, “Panatinaikos” və “Persib” klublarının da formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Oxşar yazılar