"Bu barədə danışmamışıq" - Filip Ozobiç
05 fevral 2020 14:33 (UTC +04:00)

"Bu barədə danışmamışıq" - Filip Ozobiç

“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiçin apasport.az saytına müsahibəsi

- Yeddi aylıq fasilədən sonra Premyer Liqanın XV turunda meydana qayıtdız. “Səbail”lə görüş barədə fikirləriniz necədir?

- Uzun zamandır oynamırdım. Meydana çıxanda və matçın gedişində də özümü çox yaxşı hiss edirdim. Qələbə qazandıq və hər şey daha da yaxşıdır. Bəli, ağır oyun oldu. “Səbail” 90 dəqiqəni müdafiədə oturmuşdu. Ona görə də çətin alındı. Əsas odur ki, qalib gələ bildik. Hər zaman ilk görüşlər çətin olur. Bizim üçün də belə oldu, amma 3 xal qazanmağı bacardıq.

- Karyeranızda bu qədər uzun müddətli zədəli olmuşduz?

- Bəli, belə bir şey olub. Uzun müddətlik sıradan çıxmışdım. Amma sonradan yenə də meydanlara qayıda bildim. Yəni əvvəlki formama qayıtmağım problem olmamışdı. 

- Çempionlar Liqasının təsnifat mərhələsinin “Dundalk”la görüşündə zədələnmişdiniz. Həmin oyunu, zədələndiyiniz anı necə xatırlayırsınız?

- Əlbəttə, həmin matçı yaxşı xatırlayıram. Futbolda zədələr normaldır. Mən də həmin oyunda xoşagəlməz hadisə ilə üzləşdim. Əsas odur ki, indi hər şey geridə qalıb və özümü yaxşı hiss edirəm.

- Hazırda “Qarabağ” ölkə çempionatının vahid lideridir. Ən yaxın izləyiciniz olan “Keşlə” və “Neftçi”ni 8 xal qabaqlayırsınız. Bu mövsümün də çempion ola biləcəksiniz?

- Bəli, birinci pillədəyik. Lakin çempionatın sonuna hələ var, qarşıda oyunlarımız çoxdur. Biz indi qarşıdakı matç haqda düşünürük və həmin qarşılaşmaya hazırlaşırıq.

- Növbəti turda rəqibiniz “Neftçi”dir. Azərbaycan derbisini qalib başa vurmaq mümkün olacaq?

- “Neftçi”nin çox yaxşı komanda olduğunu düşünürəm. Bu komandanın heyətində çox yaxşı futbolçular var. Ona görə də onlara qarşı oyun çox çətin olacaq. 

- “Neftçi”də baş məşqçi dəyişikliyi olub. Necə düşünürsünüz, bu onlara, yoxsa rəqiblərinə faydalı olacaq?

- Yəqin ki, hər futbolçu özünü yeni baş məşqçiyə göstərmək istəyəcək. 

- “Neftçi”də “Qəbələ”dən sabiq komanda yoldaşların Steven Monroz, Voyislav Stankoviç və Baqali Dabo oynayır. Onlarla heç çempionluq mübarizəsini müzakirə edirsiz?

- Xeyr, bu barədə danışmamışıq. 

- Riçard Almeyda “Qarabağ”dan ayrıldıqdan sonra çoxları sizin onu əvəz edə biləcəyinizi düşünür. Bu, çətin olmayacaq?

- Almeyda komandamıza çox xeyir verib. Amma futbolda belə şeylər olur, kimsə komandadan ayrılır, kimsə gəlir. Özümə gəlincə, üzərimdə işləyəcəm ki, daha yaxşı oynayım.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1697
avatar

Oxşar yazılar