Rusiyada 15 yaşlı məktəbli cinsi təcavüzə məruz qalıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qız ötən həftə Sankt-Peterburqdakı Filatov xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qız intihara cəhd edib. Zərərçəkmişlə söhbət zamanı məlum olub ki, avqustun 8-də o, rəfiqəsinin mənzilində tanımadığı oğlan tərəfindən zorlanıb.
Hazırda araşdırma aparılır.