Zərdabda 18 yaşlı qız əməliyyatdan sonra ölüb.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 4-ü saat 17 radələrində 2005-ci il təvəllüdlü qız Zərdab rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub.
Saat 7:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.