Zaqatalada yaşayış evi yanıb - VİDEO
18 oktyabr 2024 22:53 (UTC +04:00)

Zaqatalada yaşayış evi yanıb - VİDEO

Zaqatalada fərdi yaşayış evi yanıb.

Lent.az-ın məlumatına görə, axşam saat 20:30-da rayonun Aşağı Tala kəndində Abdulla Hacı oğlu Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar