Zaqatalada 3 otaqlı fərdi yaşayış evində yanğın olub.
Lent.az xəbər verir ki, axşam saat 22 radələrində rayonun Mazıx kəndində, kənd sakini Mollahəsənov Mollahəsən Mamed oğluna məxsus, ümumi sahəsi 75kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.
Yanğın nəticəsində evin bir otağında olan ev əşyaları və tavanı 7 kv/m-lik sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.