Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.
Lent.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisindəki avtomobil yuma sexlərindən birinin qarşısında baş verib.
Maşın sexdə yuyulub qurtardıqdan sonra arxaya hərəkət edərkən bu zaman ərazidə velosiped sürən 2018-ci il təvəllüdlü, Sərxan Ləmyaz oğlu Bayramovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı S. Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. S. Bayramova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. S. Bayramovun hərbçi övladı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.