Zaqatalada toyda İNSİDENT:  saxlanılanlar var
03 yanvar 2026 14:50 (UTC +04:00)

Zaqatalada toyda İNSİDENT: saxlanılanlar var

11

Zaqatalada toyda insident yaşanıb.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Dəniz şadlıq sarayında qeydə alınıb.

Saat 21 radələrində bir gənci evə göndərmək üçün atası, əmisi və dayısı restoranın həyətinə çıxıblar. Burada ata oğluna əsəbiləşərək, nalayiq ifadə işlədib. Yaxınlıqdan keçən polis əməkdaşları onlara irad bildirib, hərəkətlərini dayandırmaqlarını tələb ediblər. Lakin həmin şəxslərə bu tələbə məhəl qoymayıblar.

Nəticədə onların hər üçü – Muğanlı kənd sakinləri olan, 51, 46 və 37 yaşlı 3 nəfər saxlanılaraq, Zaqatala rayon Polis Şöbəsinə aparılıb. Onlardan ikisi  - atası və dayısı barəsində inzibati protokol tərtib olunub.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər 200 manat məbləğində cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
11
# 11525

Oxşar yazılar