Zaqatalada məktəbi və bağçanı su basdı, tədris dayandı - VİDEO  - YENİLƏNİB
21 may 2024 14:18 (UTC +04:00)

Zaqatalada məktəbi və bağçanı su basdı, tədris dayandı - VİDEO - YENİLƏNİB

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada məktəbi və bağçanı su basması faktı ilə bağlı açıqlama yayıb.  

Qurumdan Lent.az-a bildirilib ki, ötən gecə aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Qaraçay öz məcrasından çıxıb. Bunun nəticəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının həyətini su basıb.

Su basmasının yaratdığı vəziyyət səbəbindən, qeyd olunan təhsil müəssisələrində 1 günlük tədris prosesi dayandırılıb. Bu müddət ərzində məktəbin və bağçanın zərər görmüş həyətyanı sahələrindən suyun çəkilməsi və yaranmış ziyanın aradan qaldırılması işlərinə başlanılıb. Təhsil müəssisələrinin normal fəaliyyətinin bərpası üçün bütün resurslar səfərbər olunub və sabah tədris prosesinin yenidən davam etdirilməsi nəzərdə tutulur.

***

saat 10:15

Zaqatalada orta məktəb və uşaq bağçasının həyətini yağış suları basıb.

Lent.az xəbər verir ki, Zaqatala rayonunun A.Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində və kənd bağçasında tədris bir günlük dayandırılıb. Buna səbəb kimi ötən gün kəndə yağan leysan yağışları nəticəsində məktəbin və bağçanın həyətyanı sahəsinə yağış sularının dolması göstərilir.

Hazırda əraziyə müvafiq qrumların əməkdaşları cəlb edilib. Məktəb və bağçanın həyətyanı sahəsindən suyun kənarlaşdırılması işləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7176
avatar

Oxşar yazılar