Narkotikin gizlədildiyi yer
27 iyun 2023 13:03 (UTC +04:00)

Narkotikin gizlədildiyi yer

Zaqatalada keçmiş məhkum kilo yarım narkotiklə tutuldu - FOTO

0

Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb. 

Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2032

Oxşar yazılar