Zaqatalada itən turisti tapana veriləcək mükafatın məbləği  100 min manata   qaldırıldı
06 fevral 2023 20:50 (UTC +04:00)

Zaqatalada itən turisti tapana veriləcək mükafatın məbləği 100 min manata qaldırıldı

Zaqatala dağlarında itkin düşən hindistanlı turisti tapana vəd edilən mükafatın məbləği artırılıb. 

Bu barədə Lent.az-a itkin düşən turistin qardaşı Dharan Kondaveeti məlumat verib. 

O qeyd edib ki, Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb: "Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 100 000 manat pul mükafatı verəcəyimizi bildirmək istəyirik".

Qardaşı pul mükafatının verilmə qaydalarını və şərtlərini də açıqlayıb: 

"Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

Onu da nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq".

# 6642
avatar

Oxşar yazılar