Zaqatalada iki avtomobil toqquşdu:  qadın və kişi sürücü yaralandı 
05 may 2025 20:53 (UTC +04:00)

Zaqatalada iki avtomobil toqquşdu: qadın və kişi sürücü yaralandı 

Zaqatalada minik avtomobilləri toqquşub.

Lent.az xəbər verir ki,, hadisə axşam saatlarında Zaqatala şəhəri, Faiq Əmirov küçəsində baş verib. 

Rayon sakini, 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KıA” markalı minik avtomobili, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6433

Oxşar yazılar