Zaqatalada ev əşyaları ilə birlikdə yandı
04 noyabr 2021 08:49 (UTC +04:00)

Zaqatalada ev əşyaları ilə birlikdə yandı

0

Zaqatalda fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 04:35-də rayonun Kəpənəkçi kəndində Pərviz İsmayıl oğlu Qurbanəliyevə məxsus, ümumi sahəsi 80 kv/m olan, birmərtəbəli, 2 otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərinə baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1306

Oxşar yazılar