Zaqatala bir gündə 2 ev yanıb.
Lent.az xəbər verir ki, Car kəndinə yanan evdən sonra rayonun Üçüncü Tala kəndində də daha bir evdə yanğın olub.
Kənd sakini Gündüz Mustafa oğlu Mustafayevə məxsus, ümumi sahəsi 65 kv/m olan birmərtəbəli 1 otaq və mətbəxtdən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın zamanı evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.
Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti yanğını söndürüb.


***
saat 22:53
Zaqatalada iki mərtəbəli evdə yanğın olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Car (Axaxdərə) kəndində qeydə alınıb.
Kənd sakininə məxsus, ümumi sahəsi 200 kv/m olan iki mərtəbəli fərdi yaşayış evində baş verən yanğın Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti tərəfindən söndürülüb.
Yanğın baş verən evdə yaşayış yox imiş. Xəsarət alan yoxdur.