Zaqatalada traktor yanıb.
Lent.az xəbər verir ki, hadisə axşam saat 17 radələrində rayonun Dağlı kəndinin inzibati ərazisindəki fındıq bağında baş verib.
Rayon sakini Vahid Ramazan oğlu İbrahimov idarə etdiyi T-80 markalı arxasına otbiçən aqreqat qoşulan traktorla iş görən zaman texnika anidən alışıb.
Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində traktorun yanar konstruksiyaları tam yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.