Yük avtomobili ilə toqquşdu, avtomobil deformasiya oldu
06 oktyabr 2022 02:03 (UTC +04:00)

Yük avtomobili ilə toqquşdu, avtomobil deformasiya oldu

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, Ceyhun Talıbov idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman o idarəetməsində olan maşını eyni istiqamətdə olan “Qazel” markalı yük avtomobilinə çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. 

Sürücü xəsarət alıb.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar