Yolu keçmək istəyən qadını vurdu, ərazidən uzaqlaşdı - FOTO  - VİDEO
06 sentyabr 2022 04:38 (UTC +04:00)

Yolu keçmək istəyən qadını vurdu, ərazidən uzaqlaşdı - FOTO - VİDEO

0

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

1986-ci il təvəllüdlü Mustafayeva Zümrüd Şükür qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən “Honda” markalı avtomobil onu vurub.

Sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.

Piyadanın sağ ayaq, qol sümükləri sınıb.

Bundan başqa o ağır kəllə-beyin travması alıb.

Yaralı dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2301

Oxşar yazılar