Yolu keçən yaşlı kişi elə oradaca can verdi
22 iyun 2023 10:03 (UTC +04:00)

Yolu keçən yaşlı kişi elə oradaca can verdi

0

Füzulidə 72 yaşlı kişini avtomobil vurub.

Lent.az xəbər verir ki, Sahibli Toğrul Fəzail oğlu idarə etdiyi “Mitsubishi L-200” markalı avtomobillə 3 saylı Qayıdış qəsəbəsi ərazisində hərəkətdə olarkən həmin yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Nəcəfov Fazil Famil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1911

Oxşar yazılar