Yolu keçən piyadaları maşın vurub öldürdü
17 sentyabr 2022 12:35 (UTC +04:00)

Yolu keçən piyadaları maşın vurub öldürdü

0

Sumqayıt və Zərdabda ölümlə nəticələnən yol qəzaları olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisələrdən biri sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub.

Sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub.

Xəstəxanaya yerləşdirilən piyadalar orada ölüblər.

Faktlarla bağlı yerli polis orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2210

Oxşar yazılar