Yerusəlimdə taksi sürücüsü məktəbli qızları fahişəliyə cəlb etməkdə ittiham olunur.
Lent.az bu barədə İsrail mediasına istinadən xəbər verir. Bildirilir ki, Təl-Əviv şəhər Prokurorluğu internat məktəbində təhsil alan, kasıb ailələrin qızlarını fahişəliyə cəlb etməkdə şübhəli bilinən Şərqi Qüds sakini olan taksi sürücüsünə qarşı ittiham irəli sürüb.
Zərərçəkmişlərin dediyinə görə, kişi pul müqabilində və ya pulsuz mindirmək müqabilində qızlara dəfələrlə ona və dostlarına cinsi əlaqədə olmağı təklif edib. İş materiallarında göstərildiyi kimi, sürücü taksi xidmətlərindən istifadə edən 16 yaşlı sərnişindən biri ilə cinsi münasibətdə olub.