Bakıda avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb.
Lent.az-ın məlumatına görə, aprelin 28-i Bakı şəhərində avtomobil qəzası nəticəsində sərnişin 53 yaşlı Ağayev Rasim Camal oğlu ağır xəsarətlər alaraq, İstanbul Klinikasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, mayın 7-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.