Yol qəzasında bir ailənin 4 üzvü yaralandı - FOTO  - YENİLƏNİB
17 oktyabr 2021 21:31 (UTC +04:00)

Yol qəzasında bir ailənin 4 üzvü yaralandı - FOTO - YENİLƏNİB

Bərdədə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

APA-nın Qarabağ Bürosunun məlumatına görə, xəsarət alanlar Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Aysu Rəşad oğlu, 1984-cü il təvəllüdlü Hüseynova Ülviyyə Rasim oğlu, 1976-cı il təvəllüdlü Hüseynov Rəşad Əli oğlu, 2009-cu il təvəllüdlü Hüseynov İmran Rəşad oğlu və Bərdə rayon Mirzəxanli kənd sakini 1992-ci il il təvəllüdlü Məmişov Dünyamin Etibar oğludur.

Qeyd edək ki, onlardan dördü bir ailənin üzvləridir.
 

20:44

***

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ Bürosunun məlumatına görə hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4144

Oxşar yazılar