Yevlaxda KÜTLƏVİ DAVA:  1 ölü, 1 yaralı var - YENİLƏNİB
14 mart 2025 11:01 (UTC +04:00)

Yevlaxda KÜTLƏVİ DAVA: 1 ölü, 1 yaralı var - YENİLƏNİB

Martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 20 yaşlı Məhəmməd Mustafazadə, 18 yaşlı V.Əliyev (şərti), 16 yaşlı C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 17 yaşlı D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 18 yaşlı A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam edir.

***

13 mart, saat:  21:23

Yevlaxda qətl törədənlər saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda şübhəli bilinən 3 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam edir.

***
19:03

Yevlaxda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb.

Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 17 yaşlı Ayxan Quliyev bıçaqlanaraq öldürülüb.

18 yaşlı Əli Zülfüqarlı isə yaralanaraq Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

 Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4276

Oxşar yazılar

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46