Yevlaxda ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon sakini 35 yaşlı Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Məhərrəmov Yevlax rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.