Yeniyetmə əvvəllər məhkumluq həyatı yaşayan ATASINI ÖLDÜRDÜ
30 yanvar 2021 12:10 (UTC +04:00)

Yeniyetmə əvvəllər məhkumluq həyatı yaşayan ATASINI ÖLDÜRDÜ

Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 40 yaşlı atanın müalicə aldığı xəstəxanada ölməsi barədə yanvarın 29-da saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış ilkin araşdırmalarla 17 yaşlı İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb olunub.

Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Lent.az-ın əldə etdiyi məlumata görə oğlu tərəfindən öldürülmüş ata əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar