Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Tibbi müdaxilə olunan yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.