Yaşlı qadın öz evində yanaraq öldü
16 aprel 2022 23:56 (UTC +04:00)

Yaşlı qadın öz evində yanaraq öldü

0

Zərdabda baş verən yanğında 1 nəfər yanaraq ölüb. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb. 

Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya  məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə yerinə baxış keçirilərkən ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. 
Fakt araşdırılır.                                                                                                                                    
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2182

Oxşar yazılar