Yaşlı qadın  kanalizasiya quyusuna   düşdü
04 iyul 2023 00:21 (UTC +04:00)

Yaşlı qadın kanalizasiya quyusuna düşdü

0

Tərtərdə yaşlı qadın kanalizasiya quyusuna düşüb. 

Lent.az xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun  məcburi köçkünlərin məskunlaşdığı Dördyol qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Bərdə rayonu, Dəymədağlı kənd sakini 68 yaşlı İbrahimova Leyla Hüseyn qızı yol kənarından dəmir qutu toplayarkən su-kanalizasiya quyusuna düşüb. Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xüsusi xilas ediciləri qadını düşdüyü quyudan çıxarıb. Müxtəlif  bədən xəsarəti alan yaşlı qadın daha sonra   xəsdəxanaya çatdırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3094

Oxşar yazılar