Yaşlı kişini avtomobil vurdu-FOTO
10 mart 2023 01:42 (UTC +04:00)

Yaşlı kişini avtomobil vurdu-FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza “DSX” yolu kimi tanınan ərazidə qeydə alınıb.

1970-ci il təvəllüdlü Haşımov Xəyal Haşım oğlu yolu keçərkən onu 10-XM-372 dövlət nişanlı “VAZ-2104” markalı minik avtomobili vurub. Maşının sürücüsü dərhal yaralını Sabunçu Tibb Mərkəzinə çatdırıb. Avtomobilin sürücüsü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatı alınıb.
 

# 1557
avatar

Oxşar yazılar