Yasamalda maşınlar toqquşdu,  yolda sıxlıq yaşandı
16 yanvar 2023 02:55 (UTC +04:00)

Yasamalda maşınlar toqquşdu, yolda sıxlıq yaşandı

0

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Akim Abbasov və Abbas Mirzə Şərifzadə prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 4 yol ayrıcında “Mercedes” markalı avtomobilin sürücüsü ilə “KİA” markalı maşının sürücüsü arasında anlaşmazlıq yaranıb.

Nəticədə avtomobillər toqquşub.

Hər iki avtomobilə ziyan dəyib.

Qzəa ilə əlaqədar Abbas Mirzə Şərifzadə prospektində sıxlıq yaranıb.

Avtomobillər evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.

Hər iki sürücünün izahatı alınıb.

Qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2290

Oxşar yazılar