Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. İdarəetməni itirən "AzSamand" markalı avtomobilin sürücüsü minik maşınını yolun kənadında dayanmış "Mitsubishi" markalı avtomobilə çırpıb. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.
Əraziyə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.