Rusiyada yanğına gülən kişi döyülüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Yekaterinburq şəhərində NPO Avtomatlaşdırma sexinin qarşısında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, yanğın şahidlərindən biri zavodun qarşısındakı qazonda qatlanan stul qoyaraq, gülüb. Yoldan keçən başqa bir şəxs isə kişinin davranışını yersiz hesab edərək ona yumruqla hücum edib.
Onu döyən şəxs yanğınların insanların həyatı və sağlamlığı üçün təhlükəli mümkün nəticələrini xatırladaraq, adamı yaraşmayan davranışına görə tənqid edib. Gülən adamı təpiklə vurub və burnunu sındırıb. Zərərçəkənin köynəyinin üzərində qan ləkələri olub.
Hadisə yaxınlıqda oturan uşaqların gözü qarşısında baş verib. Ətrafda olanlar zərərçəkəni onu döyənin əlindən ala bilməyiblər.