Keçmiş müsavatçı Yadigar Sadıqlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
Lent.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, Y. Sadıqlı iyulun 22-i "Toplum Tv" işi ilə bağlı idarəyə dəvət olunub.
Qeyd edək ki, bu ilin mart ayında “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. Nəticədə kanal rəhbərliyi və bir neçə nəfər saxlanılıb. Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.