Xudatda iki "Jiquli" toqquşdu: ölənlər var  -YENİLƏNİB
11 oktyabr 2024 17:58 (UTC +04:00)

Xudatda iki "Jiquli" toqquşdu: ölənlər var -YENİLƏNİB

Xudatda baş verən yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzada "VAZ 21011"in sürücüsü 26 yaşlı Orxan Məmmədov və onun sərnişini 23 yaşlı Nazir Tarverdiyev hadisə yerində ölüblər.

Elməddin Məmmədov və Vilayət İbrahimov isə, müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

***

16:51

Xaçmazda ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 11-i rayonun Xudat şəhəri ərazisində baş verib. "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar