Xırdalanda tikinti şirkətindən 20 minlik  oğurluq etdilər
18 may 2023 10:56 (UTC +04:00)

Xırdalanda tikinti şirkətindən 20 minlik oğurluq etdilər

0

Abşeronda külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1617

Oxşar yazılar