Abşeronda intihar hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə Xırdalandakı "Gənclər Şəhərciyi"ndə qeydə alınıb.
Bakı şəhər sakini, 27 yaşlı Elnur Elman oğlu Nahicov yaşadığı binanın 12-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.