Xırdalanda DƏHŞƏT:   Daha bir yeniyetmə qız özünü binadan atdı
31 avqust 2023 21:43 (UTC +04:00)

Xırdalanda DƏHŞƏT: Daha bir yeniyetmə qız özünü binadan atdı

Xırdalanda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı qız çoxmərtəbəli yaşayış binasından özünü atıb.

Sakinlər intihar edən şəxsin həmin binada yaşamadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu Xırdalan şəhərində son günlər baş verən 3-cü intihar hadisəsidir. Bundan bir neçə gün əvvəl də iki yeniyetmə qız özlərini binadan ataraq intihar ediblər.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10872

Oxşar yazılar