Xırdalanda binanın qarajında YANĞIN: 2 nəfər zəhərləndi
29 may 2023 09:51 (UTC +04:00)

Xırdalanda binanın qarajında YANĞIN: 2 nəfər zəhərləndi

Abşeronda yaşayış binasının qarajında yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
 

# 1404
avatar

Oxşar yazılar