Xırdalanda 5 evdən  oğurluq edən tutuldu
17 fevral 2023 13:53 (UTC +04:00)

Xırdalanda 5 evdən oğurluq edən tutuldu

0

Abşeronda silsilə oğurluqlar edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə,  Masazır qəsəbəsində “VAZ-2106” markalı bir avtomobildən akkumulyator, Xırdalan şəhərində 5 evdən məişət əşyaları və velosiped, bir marketdən ərzaq məhsulları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimli saxlanılıb.

Araşdırmalarla onun Xırdalan şəhər sakini Ə.Cəbizadəni aldadaraq 20 manatlıq saxta əskinas verməsi, daha 5 nəfəri isə aldadaraq ümumilikdə 750 manat pullarını talaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2113

Oxşar yazılar