Xırdalanda 13 yaşlı qızın intihar səbəbi BİLİNDİ   - YENİLƏNİB
01 sentyabr 2023 17:44 (UTC +04:00)

Xırdalanda 13 yaşlı qızın intihar səbəbi BİLİNDİ - YENİLƏNİB

Xırdalanda 13 yaşlı qızın intiharı ilə təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, A. Hacıağazadənin intiharının ilkin səbəbləri üzə çıxıb. Belə ki, yeniyetmə qız dərslərindən aşağı qiymət aldığını, dostları, sinif yoldaşları, ailəsi və s. ətrafı tərəfindən sevilmədiyini düşünüb. Onun bu səbəbdən depressiyaya düşdüyü və həyatına qəsd etdiyi ehtimal edilir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. İntiharın dəqiq səbəbləri araşdırma nəticəsində bilinəcək.

Mehman Nəbiyev

***

Saat: 10:19

Xəbər verdiyimiz kimi, dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib.

Lent.az intihar edən qızın kimliyini və bəzi faktlar əldə edib. 

Araşdırmalar nəticəsində özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. 

Məlumata görə, qız intihar etməzdən əvvəl məktub yazıbmış. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsələr də mətni açıqlanmayıb. 

Onu da qeyd edək ki, A. Hacıağazadənin atası da 2 il öncə intihar edib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Onu da əlavə edək ki, bu, son günlər Xırdalanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qızlar olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19719

Oxşar yazılar