Yollarda  sarı dairələr   peyda olub: sürücülər üçün  nə deməkdir?
19 oktyabr 2026 17:10 (UTC +04:00)

Yollarda sarı dairələr peyda olub: sürücülər üçün nə deməkdir?

0

Almaniya və Avstriyanın bir sıra şəhərlərində avtomobil yollarında qeyri-adi nişanlanma – sarı dairələr peyda olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu nişanlanmanın əsas məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaq və sürücüləri daha diqqətli olmağa təşviq etməkdir.

Yeni yol nişanlanması Almaniyanın Düsseldorf, Berlin və Karlsrue şəhərlərində, eləcə də Avstriyanın bir sıra yaşayış məntəqələrində müşahidə olunub.

Bu yeniliyin məqsədi əlavə yol nişanları quraşdırmadan və yeni məhdudiyyətlər tətbiq etmədən sürücülərin daha ehtiyatlı davranmasını təmin etməkdir.

İdeya yol hərəkəti psixologiyasının prinsiplərinə əsaslanır.

Sarı rəng yollarda xəbərdaredici rəng hesab olunur. Sarı dairələrin tünd asfalt örtüyü ilə kəskin ziddiyyət təşkil etməsi onların asanlıqla nəzərə çarpmasına imkan yaradır.

Səlahiyyətli qurumlar məhz bu vizual təsirə ümid edirlər. Nişanlanma sürücülərin diqqətini yol örtüyünə yönəltməli və onları sürəti azaltmağa sövq etməlidir.

Sarı dairələr hansı məqsədlə çəkilir?

Bu nişanlanmanın tətbiqi üç əsas məqsədə xidmət edir:

1. Əlavə yol nişanları və qadağalar tətbiq etmədən avtomobillərin sürətini azaltmaq.

2. Sürücülərin diqqətini və sayıqlığını artırmaq.

3. Yollarda nəqliyyat axınının intensivliyini azaltmaq.

Bəzi ərazilərdə rəngli nişanlanma yolun kənarında quraşdırılan xüsusi dirəklərlə tamamlanır.

Bu dirəklər və sarı dairələr birlikdə yolun olduğundan daha dar görünməsinə səbəb olur.

Belə görüntü həmin ərazini yaxşı tanımayan sürücülər üçün marşrutu daha az cəlbedici edə bilər.

Bu təsir tranzit nəqliyyatın hərəkətini azaltmağa yönəlmiş strategiyanın bir hissəsidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar