İyulun 19-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, batan şəxsin meyitini Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verilib.