Xəzər dənizində, Həştərxan yaxınlığında iki kiçik qayığın toqquşması bir nəfərin ölümünə səbəb olub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsinin məlumatına görə, ikinci gəmini idarə edən şəxs xəsarət almayıb.
***
19:04
Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçik gəmi toqquşub, hadisə nəticəsində xəsarət alanlar var.
Lent.az TASS-a istinadla xəbər verir ki, bu barədə oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Rusiya regionu üzrə departamenti məlumat yayıb.
İdarənin məlumatına görə, hadisə İkryaninski rayonunda baş verib. Hazırda yaralananların sayı və onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Xilasetmə xidmətinin əməkdaşları toqquşma yerinə göndərilib.