Zəng edib polisdən kömək istədi: <span style="color:red;">"Evimə soyğunçular girir"
27 fevral 2018 10:49 (UTC +04:00)

Zəng edib polisdən kömək istədi: "Evimə soyğunçular girir"

Fevralın 26-da Gəncə şəhər sakini "102 Zəng Mərkəzi Xidməti”nə zəng edərək 2 nəfər şəxsin onun evinə daxil olaraq oğurluq etməyə cəhd etdiyini bildirib.

 

Lent.az DİN-in mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri 1997-ci il təvəllüdlü Elxan Bayramoğlu və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar. Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

 

Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər  məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar