Zavoddan oğurluq etmək istəyən şəxslər tutuldu
13 iyul 2016 14:10 (UTC +04:00)

Zavoddan oğurluq etmək istəyən şəxslər tutuldu

İyulun 11-də “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun balansında olan ərazidən dəmir boru oğurlamağa cəhd göstərmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun balansında olan ərazidən 154 metr dəmir borunu hissələrə bölüb oğurlamağa cəhd göstərmiş Bərdə rayon sakini Firdovsi İsayev, Bakı şəhər sakini Bəhrəm Cəfərov və Sumqayıt şəhər sakini Ərəstun Yusifov yaxalanıblar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar