<b>Zaqatalada “VAZ” ağaca çırpıldı</b>: <span style="color:red;"><b>2 ölü</b>  - <span style="color:red;">YENİLƏNİB
05 avqust 2017 08:16 (UTC +04:00)

Zaqatalada “VAZ” ağaca çırpıldı: 2 ölü - YENİLƏNİB

Zaqatalada ağır yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax- Zaqatala - Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.

 

Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Razıyev Qulu Ağabala oğlu, onun sərnişini, Zaqatala şəhər sakini, 1976-cı il təvəllüdlü Haçıəbdulhamidzadə Anar Tofiq oğlu və “VAZ 2109” avtomobilinin sürücüsü, Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Ramazanov Rəsul Qurban oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

 

Həkimlərin səylərinə baxmayaraq, 70 yaşlı Razıyev Qulu Ağabala oğlu həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

 

***

 

Zaqatalada ağır yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu, Bəhmənli kəndində, sahibi məlum olmayan "VAZ-2106" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar