Zaqatala sakini narkotiklə saxlanıldı
19 iyun 2019 12:38 (UTC +04:00)

Zaqatala sakini narkotiklə saxlanıldı

0
Zaqatala rayon sakini külli miqdarda narkotiklə saxlanılıb
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq şöbəyə gətirilib. Axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana götürülüb.
 
Tədbirlərin davamı olaraq R. Abdurahmanovun yaşadığı evin zirzəmisindən isə 3 kiloqram 745 qram və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı raşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar